...

İran və Ermənistan arasında viza rejiminin sadələşdirilməsi məsələsi Tehranda müzakirə olunur

Dünya xəbərləri Materials 24 Noyabr 2009 15:14 (UTC +04:00)
İran və Ermənistan Xarici İşlər nazirliklərinin konsulluq məsələləri üzrə idarə rəhbərlərinin altıncı müştərək iclası noyabrın 24 və 25-də Tehranda keçirilir. İclasda iki ölkə arasında viza rejiminin sadələşdirilməsi məsələsi müzakirə olunur. Bu barədə İran Televiziyasının "iribnws" rəsmi saytı məlumat yayıb.
İran və Ermənistan arasında viza rejiminin sadələşdirilməsi məsələsi Tehranda müzakirə olunur

İran və Ermənistan Xarici İşlər nazirliklərinin konsulluq məsələləri üzrə idarə rəhbərlərinin altıncı müştərək iclası noyabrın 24 və 25-də Tehranda keçirilir. İclasda iki ölkə arasında viza rejiminin sadələşdirilməsi məsələsi müzakirə olunur. Bu barədə İran Televiziyasının "iribnws" rəsmi saytı məlumat yayıb.

İclasda viza rejiminin sadələşdirilməsi, viza rüsumlarının azaldılması, iqtisadi əlaqələrin inkişafı, tələbə mübadiləsi, hüquqi məsələlərdə əməkdaşlığın artırılması, məhkumların qarşılıqlı təhvil verilməsi, narkotik maddələrlə mübarizə, iki ölkənin polis qüvvələri arasında əməkdaşlıq, sərhəd regionlarda əməkdaşlığın gücləndirilməsi kimi məsələlər müzakirə olunacaq.

İran Xarici İşlər Nazirliyinin konsulluq məsələləri üzrə idarə rəisi Hüseyn Mirfəxxar bildirib ki, bu kimi iclasların keçirilməsi iki ölkə arasında konsulluq məsələləri ilə bağlı problemlərin həllinə böyük kömək göstərir və bu iclasın sonunda da arzu olunan nəticələrin əldə olunacağına ümid edir.

İclasın sonunda İran və Ermənistan Xarici İşlər nazirliklərinin konsulluq məsələləri üzrə idarə rəhbərləri arasında memarandum imzalanacaq.

Xəbər lenti

Xəbər lenti