...

Türkiyə və İsrail qarşılıqlı anlaşma memorandumu imzalayıblar

Dünya xəbərləri Materials 25 Noyabr 2009 13:04 (UTC +04:00)
Türkiyə və İsrail çərşənbə axşamı Birgə İqtisadi Komissiyanın 4-cü iclasında qarşılıqlı anlaşma memorandumu imzalayıblar, Anadolu xəbər verir.
Türkiyə və İsrail qarşılıqlı anlaşma memorandumu imzalayıblar

Azərbaycan, Bakı, 25 noyabr / Trend /

Türkiyə və İsrail çərşənbə axşamı Birgə İqtisadi Komissiyanın 4-cü iclasında qarşılıqlı anlaşma memorandumu imzalayıblar, Anadolu xəbər verir.

Türkiyənin müdafiə naziri Vəcdi Gönül imzalanma mərasimində çıxış edərək deyib ki, bu iclas çərçivəsində qəbul olunan qərarlar iki ölkə arasındakı münasibətlərə yeni təkan verəcək.

Gönül bildirib ki, Türkiyə qaşılıqlı anlaşma memorandumuna daxil edilmiş elementləri həyata keçirməyə çalışacaq.

"Mən inanıram ki, İsrail tərəfi də eyni cür edəcək", - o əlavə edib.

İsrailin sənaye, ticarət və əmək naziri Benyamin Ben-Elizer İsrailin Türkiyə ilə əməkdaşlığa və iki ölkə arasındakı münasibətlərin dərinləşməsinə hazır olduğunu bildirib.

Elizer İsrailin müdafiə naziri Ehud Barakın yaxın zamalarda Türkiyəyə səfər edəcəyinə ümid etdiyini bildirib.

İsrail naziri həmçinin ölkənin Türkiyə ilə ticarət dövriyyəsini 2 il ərzində 8 milyard dollara çatdırmağa hazır olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti