...

İran-İraq münasibətlərini korlamaq istəyənlər çox böyük səhv edirlər - İranın XİN rəhbəri

Dünya xəbərləri Materials 7 Yanvar 2010 13:27 (UTC +04:00)
İranın xarici işlər naziri Mənuçöhr Müttəki bu gün iraqlı həmkarı Huşyar Zibari ilə keçirdiyi birgə mətbuat konfransında bildirib ki, İran və İraq xalqları arasında tarixi bağlılıq var.
İran-İraq münasibətlərini korlamaq istəyənlər çox böyük səhv edirlər - İranın XİN rəhbəri

İranın xarici işlər naziri Mənuçöhr Müttəki bu gün iraqlı həmkarı Huşyar Zibari ilə keçirdiyi birgə mətbuat konfransında bildirib ki, İran və İraq xalqları arasında tarixi bağlılıq var. "İran və İraq münasibətlərini korlmaq istəyənlər bəzi məqsədlərə xidmət edir və onlar çox böyük səhv edirlər", - Müttəki deyib. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat yayıb.

Müttəki əlavə edib ki, bugünkü görüşdə üç məsələ razılaşdırılıb. "İki ölkənin sərhəd xidməti işçilərinin görüşü, Qəsre Şirin sərhəd keçid məntəqəsində ekspertlərin görüşü və iki ölkə arasında su sərhədlərinin təyin edilməsi məqsədi ilə İranın Xürrəmşəhr şəhərində xüsusi komitənin iclasının keçirilməsini razılaşdırmışıq", - Müttəki deyib.

Müttəki qeyd edib ki, İran və İraq sərhədçiləri "Fakka" neft yatağı regionunda öz ərazilərindədir və texniki işçi qruplarının sərhəd zolağını təyin etməsi ilə hər şey öz vəziyyətinə qayıdacaq.

O əlavə edib ki, heç kəs İraq və İran arasında səmimi münasibətləri korlaya bilməz.

Müttəki bu gün İraqa birgünlük səfər edib.

Beynəlxalq xəbər agentliklərinin məlumatına əsasən, dekabrın sonlarında İran qoşunları İraq ərazisinə soxularaq İraqın cənub-şərqində yerləşən "Fakka" neft yatağını zəbt ediblər. Lakin onların müdaxiləsi uzun çəkməyib. İran isə əsgərlərin İraq sərhədini keçərək neft yatağını ələ keçirməsi barədə məlumatı təkzib edib.

Xəbər lenti

Xəbər lenti