...

İranın Xorasan vilayətində kamikadze özünü partladıb

Dünya xəbərləri Materials 17 Yanvar 2010 11:10 (UTC +04:00)
İranın Xorasan-Rəzəvi vilayətinin polis rəisinin müavini Əmirullah Şəməqdərinin sözlərinə görə, şənbə günü axşam saat 20:00 radələrində polis icra hakimiyyəti binasının qabağında bir nəfərdən şübhələnərək ona yaxınlaşarkən həmin şəxs partlayıcı qurğunu işə salıb, bu barədə İranın İLNA agentliyi bazar günü xəbər yayıb.
İranın Xorasan vilayətində kamikadze özünü partladıb

İranın Xorasan-Rəzəvi vilayətinin polis rəisinin müavini Əmirullah Şəməqdərinin sözlərinə görə, şənbə günü axşam saat 20:00 radələrində polis icra hakimiyyəti binasının qabağında bir nəfərdən şübhələnərək ona yaxınlaşarkən həmin şəxs partlayıcı qurğunu işə salıb, bu barədə İranın İLNA agentliyi bazar günü xəbər yayıb.  

Şəməqdəri həmçinin qeyd edib ki, partlayıcı qurğu əldə düzəldilib. 

Partlayış nəticəsində kamikadze agır yaralanıb və xəstəxanaya götürülüb. Hadisə nəticəsində başqa xəsarət alan yoxdur. 

Hazırda, kamikadzenin kimliyi və partlayışın səbəbləri araşdırılır. 

Xəbər lenti

Xəbər lenti