...

İran güclü zenit kompleksi istehsal edəcək

Dünya xəbərləri Materials 8 Fevral 2010 17:57 (UTC +04:00)
İranın Xatəmül-Ənbiya Hava Hücumundan Müdafiə Qərargahının əməliyyatlar üzrə komandir müavini Hişmətullah Kəsiri bildrib ki, yaxın gələcəkdə İranda güclü zenit kompleksi istehsal olunacaq. "Həmin kompleksin gücü Rusiyanın "S300" zenit kompleksinin gücünə bərabər olacaq və bəlkə ondan da güclü olacaq", - Kəsiri deyib.
İran güclü zenit kompleksi istehsal edəcək

İranın Xatəmül-Ənbiya Hava Hücumundan Müdafiə Qərargahının əməliyyatlar üzrə komandir müavini Hişmətullah Kəsiri bildrib ki, yaxın gələcəkdə İranda güclü zenit kompleksi istehsal olunacaq. "Həmin kompleksin gücü Rusiyanın "S300" zenit kompleksinin gücünə bərabər olacaq və bəlkə ondan da güclü olacaq", - Kəsiri deyib. Bu barədə İRNA xəbər agentliyi məlumat yayıb.

Kəsiri əlavə edib ki, İran zenit kompleksləri istehsalı sahəsində yeni nailiyyətlər əldə edib və gələcəkdə bu nailiyyətlər daha da artacaq.

Rusiya və İran 1 milyard dollar dəyərində "S300" raketdən müdafiə sistemi barədə razılaşmanı 2 il əvvəl imzalayıblar. Bu razılaşmadan və İranın nüvə proqramından narahat olan ABŞ və İsrail Moskvadan Tehrana raket sisteminin satılmasından imtina etməsini istəyib. Rusiya mətbuatının məlumatına əsasən, Rusiya "S300" raketdən müdafiə sisteminin İrana satışından imtina edib.

Xəbər lenti

Xəbər lenti