MAQATE rəhbəri Yukiya Amano İranın nüvə fəaliyyətinin sülh xarakterli olduğunu təsdiqləyib. Bu barədə MAQATE-dəki İran səfiri Əli Əsgər Sultanie cümə axşamı bildirib. İRNA agentliyi məlumat verib.
MAQATE rəhbərinin yeni məruzəsinin çıxmasından sonra Sultanie bildirib ki, MAQATE-nin baş direktoru öz məruzəsində İranın nüvə fəaliyyətinin sülh xarakterli olmasını və hərbi xarakter daşımadığını təsdiq edib.
O bildirib ki, MAQATE rəhbəri İranın nüvə proqramının sülh xarakterli olması haqqında altı il əvvəl olan bütün məruzələri təsdiqləyib.
MAQATE rəhbəri Yukiya Amano MAQATE-nin nəzarəti altında İranın nüvə fəaliyyətinin yoxlanılmasına aid olan 10 səhifəlik məruzəni cümə axşamı təqdim edib.
Məruzədə göstərilir ki, İran MAQATE ilə öz öhdəlikləri çərçivəsində əməkdaşlığı davam etdirir.