...

İranda sərhəd nəzarətinin sərtləşdirilməsi dərman preparatlarının qiymətlərinin 30 faiz artmasına səbəb olub

Dünya xəbərləri Materials 27 Fevral 2010 13:24 (UTC +04:00)
İran sərhəddində nəzarət gücləndirildikdən sonra ölkədə dərman preparatlarının qiymətləri 30 faiz artıb. Bu barədə Press TV məlumat yayıb.
İranda sərhəd nəzarətinin sərtləşdirilməsi dərman preparatlarının qiymətlərinin 30 faiz artmasına səbəb olub

İran sərhəddində nəzarət gücləndirildikdən sonra ölkədə dərman preparatlarının qiymətləri 30 faiz artıb. Bu barədə Press TV məlumat yayıb.

"Ölkəyə narkotik maddə qaçaqmalçılığının qarşısının alınması məqsədilə sərhəd nəzarətini gücləndirdikdən sonra İranda dərman preparatlarının qiymətləri 30 faiz artıb", - yerli polis komandiri Hüseyn Zülfüqari Fars informasiya agentliyinə müsahibəsində bildirib.

O həmçinin qeyd edib ki, sərhəd polisinin narkotik maddə qaçaqmalçılığına qarşı fəaliyyəti gələn ildə də sərtləşdiriləcək.

"Polis ölkə daxilində zərərin azaldılması məqsədilə narkotik maddə qaçaqmalçılığı ilə məşğul olanları həbs etməyə çalışır", - o bildirib.

İran tiryək istehsalçısı olan Əfqanıstan ilə narkotik maddə alverçilərinin olduğu Avropanın arasında tranzit dəhlizində yerləşib. İran hökuməti narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə məqsədilə təhlükəsizlik xidmətinin min əməkdaşını ölkənin şərq sərhəddinə göndərib və 1000 kilomertdən çox bənd, kanal, tranş və sement divar inşa edib.

BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (BMT NCİ) məruzəsinə əsasən, Əfqanıstan və Pakistan arasında sərhəd regionu silah və narkotik maddələrin qanunsuz ticarəti, eləcə də qeyri-leqal miqrasiya üçün dünyada ən böyük azad ticarət zonalarından birinə çevrilib.

BMT NCİ-nin icraçı direktoru Antonio Mariya Kosta Əfqanıstandan İrana narkotik maddə axınının qarşısının alınmasındakı səylərinə görə İranı tərifləyib.

Xəbər lenti

Xəbər lenti