...

İtaliyada iranlı jurnalist həbs edilib

Dünya xəbərləri Materials 4 Mart 2010 12:31 (UTC +04:00)

İran dövlət telekanalının jurnalisti Romada həbs edilib. Bu barədə Asriran xəbər agentliyi məlumat verib.

Əldə olunan məlumata əsasən, İran televiziyasının birinci kanalı çərşənbə günü axşam Həmid Məsuminejadı özünün ştatdan kənar jurnalisti qismində təqdim edib. Romada İran aviaşirkətinin nümayəndəsi olan Məsuminejad irqçiliyə qarşı nümayış haqqında materialları hazırladıqdan sonra həbs edilib.

Bəzi İran agentliklərinin məlumatına əsasən, Məsuminejad bir gün əvvəl digər şəxslərlə birlikdə həbs edilib.

İtaliya Polisi çərşənbə günü İrana qaçaqmalçılıq yolu ilə silah aparmaq istəyən şəxslərin həbs edilməsi üzrə reyd keçirib. Milanda keçirilən "Snayper" əməliyyatının məqsədi İranın gizli xidmətində işləməkdə şübhəli bilinən şəxsləri həbs etmək olub.

Məlumatda deyilir ki, italiyalı və digər xarici vətəndaşlar beynəlxalq embarqonun qoyulduğu İrana qanunsuz yolla silah ixracını həyata keçiriblər. Polis doqquz həbs orderi verib, lakin faktiki olaraq həbs edilənlərin sayı məlum deyil.

Xəbər lenti

Xəbər lenti