...

Pakistanlı nüvə alimi Amerika KİV-in məlumatını təkzib edir

Dünya xəbərləri Materials 16 Mart 2010 13:07 (UTC +04:00)
Pakistan nüvə proqramının banisi doktor Əbdül Qadir Xan bazar ertəsi Amerika KİV-in məlumatlarını qəti olaraq təkzib edib. Məlumatda deyilir ki, nüvə alimi Pakistanın İrana silah əvəzinə bomba ilə əlaqədar olan layihələr verməsini təsdiq edib. Bu barədə İRNA agentliyi məlumat verib.
Pakistanlı nüvə alimi Amerika KİV-in məlumatını təkzib edir

Pakistan nüvə proqramının banisi doktor Əbdül Qadir Xan bazar ertəsi Amerika KİV-in məlumatlarını qəti olaraq təkzib edib. Məlumatda deyilir ki, nüvə alimi Pakistanın İrana silah əvəzinə bomba ilə əlaqədar olan layihələr verməsini təsdiq edib. Bu barədə İRNA agentliyi məlumat verib.

"The Washington Post" iddia edir ki, mətbuat tərəfindən əldə olunan sənədlərdə doktor Xan bildirib ki, Pakistan İrana uranın zənginləşdirilməsi üzrə sentrefuqlar üçün ehtiyat hissələri və bütün dünya üzrə tədarükçülərin gizli siyahısını verib.

Xan İRNA-ya veridiyi ekskluziv müsahibəsində bu məlumatı əsassız adlandırıb və bildirib ki, bu ona qarşı yönəlmiş təşviqat kampaniyasının bir hissəsidir.

"Məlumatda deyilənlərin hamısı yalandır", - o əlavə edib.

O bildirib ki, son 30 ildə Qərb ona qarşı əsassız ittihamlar irəli sürüb. "Mən pis bir şey etməmişəm", - o bildirib.

Xan hesab edir ki, Qərb onu mənasız birliyə çəkməyə çalışır.

Pakistan, həmçinin, bu məlumatı təkzib edib. Pakistan XİN-in nümayəndəsi Əbdül Basit bildirib ki, "Pakistan nüvə silahının yayılmamasına dair öz öhdəliklərini pozmur, ixraca nəzarət etibarlılığı isə şübhə doğurmur".

Xəbər lenti

Xəbər lenti