...

ABŞ-ın terrorizmlə mübarizə iddiası cəfəngiyatdan başqa bir şey deyil - İranın XİN rəhbəri

Dünya xəbərləri Materials 7 Aprel 2010 13:12 (UTC +04:00)
İranın xarici işlər naziri Mənuçöhr Möttəki bildirib ki, ABŞ rəsmilərinin terrorizmlə mübarizə haqqında söylədikləri cəfəngiyatdan başqa bir şey deyil. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat yayıb.
ABŞ-ın terrorizmlə mübarizə iddiası cəfəngiyatdan başqa bir şey deyil - İranın XİN rəhbəri

İranın xarici işlər naziri Mənuçöhr Möttəki bildirib ki, ABŞ rəsmilərinin terrorizmlə mübarizə haqqında söylədikləri cəfəngiyatdan başqa bir şey deyil. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat yayıb.

"Biz Obamanı düz yola qədəm qoymağa dəvət edirik", - deyə Möttəki bu gün Tehranda keçirdiyi mətbuat konfransında bildirib.

Möttəki əlavə edib ki, ABŞ-ı həqiqətləri görməyə, region xalqlarının və ABŞ xalqının mənafeyni  düşünməyə, onların taleyi ilə maraqlanmağa çalışırıq. "ABŞ xalqının imicinə son illərdə dəymiş ziyanın bir çoxu bu ölkənin siyasətçiləri tərəfindən edilib", - deyə Möttəki deyib.

Möttəki söyləyib ki, onlar terrorizmlə mübarizə iddiası etdilər, lakin dünya gördü ki, regiondakı terrorist qruplaşmanın rəhbəri (İran MTN-in "Condullah" rəhbəri Əbdülmalik Reyginin ABŞ-ın Əfqanıstandakı qərargahında olması və Qazaxıstanın Manas bazasına getməsi iddiası) onların hərbi qərargahında olub. "İnsan haqlarından danışanların  Quantanamo və Əbu Qəribdə törətdiklərini bütün dünya gördü",  - o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti