...

Türkiyə və Yunanıstan diplomatlar üçün viza rejiminin ləğvi barədə razılığa gəliblər

Dünya xəbərləri Materials 15 May 2010 13:10 (UTC +04:00)
Türkiyə və Yunanıstan diplomatik pasportlara malik şəxslər üçün viza rejiminin ləğv edilməsi barədə saziş imzalayıblar.
Türkiyə və Yunanıstan diplomatlar üçün viza rejiminin ləğvi barədə razılığa gəliblər

Türkiyə və Yunanıstan diplomatik pasportlara malik şəxslər üçün viza rejiminin ləğv edilməsi barədə saziş imzalayıblar. Məlumatı CNN Turk telekanalının saytı yayıb.

Saziş cümə günü Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Afinaya səfəri zamanı imzalanıb.

Bu, altı il ərzində Türkiyə hökuməti başçısının Yunanıstana ilk səfəri idi.

Ərdoğan Afinaya səfərini Kiprlə bağlı Yunanıstan və Türkiyə arasında olan problemlər və Egey dənizində dəniz sərhədləri ilə əlaqədar Ankara və Afina arasında çətinləşmiş ikitərəfli əlaqələrin yaxşılaşdırılması üçün bir fürsət hesab hesab edir.

Yunanıstan paytaxtına səfərindən öncə Türkiyənin Baş naziri yunan kanalına müsahibəsində bildirib ki, Egey dənizi iki ölkə arasındakı əlaqələri birləşdirən amil olmalıdır.

"Əgər biz bu istiqamətdə prosesi davam etdirsək, Egey dənizi dostluq dənizinə çevriləcək", - Ərdoğan deyib.

O, həmçinin Türkiyənin Yunanıstanı Afinada kütləvi küçə etirazlarına səbəb olan iqtisadi problemlərlə əlaqədar dəstəklədiyini bildirib. Məlumatı Türkiyə KİV-i yazır.

Ərdoğanın sözlərinə görə, tərəflər müdafiəyə ayrılmış xərclərin azaldılması istiqamətində əməkdaşlıq edə bilərlər.

Türkiyənin Baş naziri yunanıstanlı həmkarı Papandreu ilə birgə cümə günü ilk hökumətlərarası iclasa sədrlik edib. Tərəflər belə iclasların hər il keçiriləcəyinə ümid edirlər.

Xəbər lenti

Xəbər lenti