...

Rusiyanın "Rus atom" şirkətinin rəhbəri İrana səfər edəcək

Dünya xəbərləri Materials 13 Avqust 2010 16:04 (UTC +04:00)

Rusiyanın "Rus atom" şirkətinin rəhbəri Sergey Kriyenko gələn həftə Tehrana səfər edəcək. Bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi deyib. Məlumatı FARS xəbər agentliyi yayıb.

O əlavə edib ki, hazırda Rusiyadan olan heyət Tehrandadır və Buşəhr atom stansiyasının rəhbərləri ilə müzakirələr aparılır.

Beynəlxalq KİV-in məlumatına əsasən, bu gün Rusiya elan edib ki, Buşəhr atom stansiyasının açılış mərasimi avqust ayının 21-də baş tutacaq.

Xəbər lenti

Xəbər lenti