İran "Fateh - 110" raketinin üçüncü nəslinin sınağını keçirib. Bunu İranın müdafiə naziri Əhməd Vəhidi deyib. Bu barədə FARS xəbər agentliyi məlumat verib.
Vəhidi deyib ki, "Fateh - 110" raketi ortamənzilli ballistik raketdir. Raketin yanacağı bərk yanacaqdır və hədəfi dəqiq məhvetmə qabiliyyətinə malikdir.
Üçüncü nəsil "Fateh - 110" raketinin uzunluğu 9 metr, çəkisi 3 500 kiloqramdır.
İki gün öncə İran "Qiyam - 1" adlı yeni raketi sınaqdan keçirmişdi.