...

Barak Obama Qırğızıstan Prezidenti ilə görüşəcək

Dünya xəbərləri Materials 21 Sentyabr 2010 14:13 (UTC +04:00)
ABŞ Prezidenti Barak Obama bu həftə BMT Baş Assambleyasının sessiyasının keçirildiyi Nyu-Yorka gəlişi zamanı Qırğızıstan Prezidenti Roza Otunbayeva ilə görüşəcək. Bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisinin müavini Ben Rods jurnalistlərə məlumat verib, - İTAR-TASS məlumat yayıb.
Barak Obama Qırğızıstan Prezidenti ilə görüşəcək

ABŞ Prezidenti Barak Obama bu həftə BMT Baş Assambleyasının sessiyasının keçirildiyi Nyu-Yorka gəlişi zamanı Qırğızıstan Prezidenti Roza Otunbayeva ilə görüşəcək. Bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisinin müavini Ben Rods jurnalistlərə məlumat verib, - İTAR-TASS məlumat yayıb.

Ağ ev nümayəndəsi qeyd edib ki, Birləşmiş Ştatlar "Qırğızıstan xalqına çox çətin dövrü dəf etməyə və respublikanın bütün imkanlarını təmin edən demokratiya qurmağa can atdığına görə humanitar və diplomatik yardım göstərir".

"Prezident, BMT Baş Assambleyasında Qırğızıstan Prezidenti ilə danışmaq üçün yaranan bu imkandan və ölkə xalqına sadiqliyimizi göstərmək üçün istifadə etmək istərdi", - Rods əlavə edib.

ABŞ Prezidenti Nyu-Yorka çərşənbə günü axşam gələcək. Cümə axşamı o, BMT Baş Assambleyasının plenar iclasında çıxış edəcək, sonra həyat yoldaşı ilə birlikdə ABŞ-ın eks-prezidenti Bill Klintonun bir sıra xeyriyyə layihələrinin reallaşdırılmasına yönəlmiş "Qlobal təşəbbüslər" növbəti illik toplantısında iştirak edəcək. Növbəti gün Barak Obama BMT Baş Assambleyasının sessiyası çərçivəsində bəzi iclas və görüşlərdə də iştirak etməyə hazırlaşır. Onların arasında Sudanda BMT-nin himayəsi altında 2011-ci ildə əsas referendum ərəfəsində görüş də var. Obamanın təşəbbüsü ilə ABŞ Prezidentinin ASEAN (Cənub-Şərqi Asiya Dövlətlərinin Assosiasiyası) ölkələrinin liderləri ilə sayca üçüncü görüşü baş tutacaq.

Xəbər lenti

Xəbər lenti