...

Türkiyə DİN rəhbəri Məsud Bərzani ilə görüşüb (YENİLƏNİB)

Dünya xəbərləri Materials 27 Sentyabr 2010 10:55 (UTC +04:00)

Türkiyənin daxili işlər naziri Bəşir Atalay bazar günü Şimali İraqdakı kürd regional hökumətinin nümayəndələri ilə görüşmək üçün İraqın Ərbil şəhərinə gəlib, - CNN Turk xəbər verir.

Bəşir Atalayı və onu müşayiət edən nümayəndə heyətini aeroportda kürd regional hökumətinin rəhbəri Kərim Sincari, Türkiyənin İraqdakı səfiri Murad Özçelik və Türkiyənin İraqdakı baş konsulu Aydın Selcen qarşılayıblar. Atalay Ərbildən regional hökumətin başçısı Məsud Bərzani ilə görüşmək üçün Səlahəddin şəhərinə yola düşüb.

Bərzani ilə Atalayın görüşü 3 saat davam edib və mətbuat üçün qapalı şəraitdə keçib.

CNN Turk-un informasiya mənbələrinin bildirdiyinə görə, görüşdə Türkiyə-İran sərhədində PPK-nın (Kürd Fəhlə Partiyası) fəallığının artması başlıca müzakirə mövzusu olub; qrupun elan etdiyi atəşkəsin dayandırılması da müzakirə edilib. Xəbər verilir ki, görüşdə Bərzani atəşkəsin müddətinin uzadılmasının zəruriliyini bəyan edib.

Avqustun 13-də PKK sentyabrın 20-dək atəşkəs elan etdiyini bildirmişdi.

Türkiyə DİN başçısı, həmçinin, kürd regional hökumətinin Baş naziri Berham Salihlə də görüşüb. Danışıqlardan sonra Salih bəyan edib ki, görüş zamanı PKK məsələsi müzakirə olunub.

"Biz beynəlxalq qanunlara riayət edirik və qonşu olan hər hansı ölkəni hədələyən istənilən elementləri gizlətmək istəmirik. Lakin biz qonşu ölkələrin də İraqın suverenliyinə hörmətlə yanaşacaqlarına ümid edirik", - Salih deyib.

Xəbər lenti

Xəbər lenti