...

İranda edama məhkum olunmuş məhbuslar qaçmağa cəhd ediblər: ölən və yaralananlar var (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 16 Mart 2011 16:04 (UTC +04:00)
İranın Kərəc şəhərinin Qızılhasar həbsxanasında edama məhkum olunmuş məhbuslar qaçmağa cəhd ediblər. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.
İranda edama məhkum olunmuş məhbuslar qaçmağa cəhd ediblər: ölən və yaralananlar var (ƏLAVƏ OLUNUB)

Ölən və yaralananların sayı barədə yeni məlumat əlavə olunub (ilk xəbər çərşənbə günü saat 14:36-də yayılıb)

İranın Kərəc şəhərinin Qızılhasar həbsxanasında edama məhkum olunmuş məhbuslar qaçmağa cəhd ediblər. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, narkotik maddələrin qaçaqmalçılığı və digər cinayətlərdə ittiham olunaraq edama məhkum edilmiş məhbuslar qaçmaq məqsədilə əvvəlcə Qızılhasar həbsxanasında yanğın törədiblər.

Məhbuslar yaranan qarışıqlıqdan istifadə edərək, kameraların pəncərələrini qıraraq qaçmaq istəsələr də, polisin müdaxiləsi səbəbindən buna nail olmayıblar.

İranın İnsan Haqları Təşkilatı (Iran Human Rights) 2010-cu ildə bu ölkədə 546 məhbusun edam olunduğunu açıqlayıb. 2011-ci ilin yanvar ayında 85 nəfər edam olunub.

Qızılhasar həbsxanası Yaxın Şərq regionu üzrə ən böyük həbsxanalardan biridir. Həmin həbsxanada 15000 məhbusun saxlanıldığı bildirilir.

İranın /jamejamonline.ir/ qəzetinin məlumatına əsasən, həbsxana nəzarətçiləri qaçmağa cəhd edən məhbuslara atəş açıb. Hadisə nəticəsində qaçmaq istəyən məhbuslardan 10 nəfər həlak olub, 15 nəfər yaralanıb. Məlumata əsasən, yaralılar arasında qaçmağa cəhd etməyən məhbuslar da var. Onlar xəstəxanaya çatdırılıb. Hadisə ilə bağlı cinayət işi açılıb.

Xəbər lenti

Xəbər lenti