...

İran Prezidenti və MTN rəhbəri Nazirlər Kabinetinin iclasında iştirak edib

Dünya xəbərləri Materials 4 May 2011 14:18 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejadın sədrliyi ilə Nazirlər Kabinetinin növbəti iclası keçirilib.
İran Prezidenti və MTN rəhbəri Nazirlər Kabinetinin iclasında iştirak edib

Azərbaycan, Bakı, 4 may /Trend/

İran Prezidenti Mahmud Əhmədinejadın sədrliyi ilə Nazirlər Kabinetinin növbəti iclası keçirilib. İclasda ötən ay istefa vermiş, lakin sonra ali lider ayətullah Əli Xamneyi tərəfindən işinə qaytarılmış milli təhlükəsizlik naziri Heydər Müslehi (Heidar Moslehi) də iştirak edib. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat verir.

Son iki həftə ərzində ilk dəfədir ki, Nazirlər Kabinetinin iclasında təhlükəsizlik naziri və Prezident eyni vaxtda iştirak edir.

Aprelin 17-də Əhmədinejad milli təhlükəsizlik naziri Heydər Müslehinin istefasını qəbul etsə də, ali dini lider onun vəzifəsindən uzaqlaşdırılmasına mane olub.

Bundan sonra Əhmədinejad 10 gün işə çıxmaqdan imtina edib və Nazirlər Kabinetinin iki iclası prezidentin iştirakı olmadan keçirilib. Xamneyi keçən həftə üç dəfə hakimiyyətdə olan qüvvələri bir-birinə qarşı dözümlülük nümayiş etdirməyə çağırıb. Parlament nümayəndələri Əhmədinejada impiçmentlə bağlı xəbərdarlıq ediblər və nəhayət o, mayın 1-də işinə qayıdıb.

Bir çox deputatlar, dini şəxsiyyətlər və İran İslam İnqilabı Keşikçiləri Korpusu Əhmədinejadı milli təhlükəsizlik nazirinin işdən uzaqlaşdırılmasına görə sərt tənqid ediblər. Onlar Prezidenti ali dini liderə tabe olmağa çağırıblar.

Xəbər lenti

Xəbər lenti