Azərbaycan, Bakı, 26 iyul /Trend/
Rusiya prokurorluğu qiyamda və hüquq-mühafizə orqanları əməkdaşlarının həyatına sui-qəsdə təqsirləndirilən Mansur Rajayevin cinayət işi ilə bağlı ittihamı təsdiq edib. Bu barədə çərşənbə axşamı Rusiya Baş Prokurorluğu məlumat verib.
İstintaq tərəfindən müəyyənləşdirilib ki, 1999-cu il sentyabrın 5-də Rajayev qeyri-qanuni silahlı birləşmənin digər iştirakçıları ilə birlikdə Çeçenistan ərazisindən Dağıstanın Novolak rayonuna soxulub. Trend-in məlumatıan görə, bu barədə RİA Novosti yazır.
"Şimali Qafqaz regionunda, o cümlədən Dağıstan Respublikasında vəziyyətin və ictimai təhlükəsizliyin pozulmasına yönələn cinayət niyyətini həyata keçirərək o, Daxili Qoşunların hərbi hissəsinin hərbi qulluqçularına odlu silahdan atəş açıb", - prokurorluğun saytındakı məlumatda deyilir.
"Sonra qeyri-qanuni silahlı birləşmənin iştirakçıları, o cümlədən Mansur Rajayev 6 hərbi qulluqçunu ələ keçirərək əhalinin gözü qarşısında onların boyun nahiyyələrinə kəsiçi alətlərlə xəsarət yetirməklə edam ediblər", - prokurorluq məlumat verib.
İttiham aktı məhkəməyə göndərilib.