...

İspaniya millisinin keçmiş baş məşqçisi Çin yığmasına rəhbərlik edəcək

Dünya xəbərləri Materials 14 Avqust 2011 18:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 avqust /Trend/

Futbol üzrə İspaniya yığmasının sabiq baş məşqçisi Xose Antonio Kamaço rəsmi olaraq Çin yığmasının rəhbəri oldu. Trend-in İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu gün Kamaço Çin Futbol Assosiasiyası ilə üçillik müqavilə imzalayıb.

56 yaşı olan mütəxəssisin qarşısında 2014-cü ilin Dünya Çempionatının final mərhələsinə çıxmaq və dünya reytinqində mövqeyi yaxşılaşdırmaq tapşırığı qoyulub. Hazırda Çin yığması dünya reytinqinin 73-cü pilləsində yerləşib. Ölkənin milli komandası ancaq bir dəfə - 2002-ci ildə Dünya Çempionatının final mərhələsinə yüksələ bilib.

Xəbər lenti

Xəbər lenti