Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir T.Cəfərov/
İranın Ərdəbil əyaləti Meşkinşəhr şəhərində ötən gün başlayan güclü yağışlar daşqınlara səbəb olub. Trend-in məlumatına görə, bu barədə İran televiziyasının rəsmi xəbər saytı iribnews məlumat verir.
Məlumata əsasən, sel nəticəsində 2 nəfər həlak olub, 5 nəfər yaralanıb. Sel 10-dan çox evin tamamilə dağılmasına, 200-dən çox evin, ticarət mərkəzinin və yolların su altında qalmasına səbəb olub.
Hazırda seldən ziyan görmüş bölgələrdə xilasetmə əmliyyatları davam etdirilir.