Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov /
Sanksiyalara baxmayaraq, İran cari ilin ilk beş ayı ərzində (İranda il martın 20-də dəyişir) neft satışından 30 milyard dollar gəlir əldə edib. Bu barədə İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü İbrahim Ağa Məhəmmədi bəyan edib. Trend-in məlumatına görə, xəbəri cümə günü FARS agentliyi yayıb.
Onun sözlərinə görə, sanksiyalar İran iqtisadiyyatına heç bir təsir göstərməyib.
Oktyabrda Avropa İttifaqı Qərbin Tehranı öz nüvə proqramını dayandırmağa məcbur edilməsinə yönəlmiş hərtərəfli sanksiyalarına əlavə olaraq İranla ticarətə sərt məhdudiyyətlər tətbiq edib.
Ağa Məhəmmədi qeyd edib ki, sanksiyalar, həmçinin İranın sərbəst şəkildə yanacaq istehsalında irəliləməsinə kömək edib və ölkə öz nüvə tədqiqatlarını davam etdirir.