...

XİN: İran BAEA-ya istənilən məsələni şərh etməyə hazırdır

Dünya xəbərləri Materials 15 Yanvar 2013 13:03 (UTC +04:00)
İran Beynəlxalq Atom Enerjisi Agentliyi ilə danışıqlarda ölkənin nüvə proqramına dair istənilən texniki məsələni həll etməyə hazırdır.
XİN: İran BAEA-ya istənilən məsələni şərh etməyə hazırdır

Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbirlər E.Tariverdiyeva, S.İsayev/

İran Beynəlxalq Atom Enerjisi Agentliyi ilə danışıqlarda ölkənin nüvə proqramına dair istənilən texniki məsələni həll etməyə hazırdır. Bunu İran XİN-in rəsmi nümayəndəsi Ramin Mehmanpərəst Tehranda konfrans zamanı bildirib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Press TV xəbər yayıb.

"Çərşənbə günü Tehranda İranın rəsmi şəxsləri ilə BAEA nümayəndələri arasında danışıqlar keçiriləcək", - Mehmanpərəst deyib.

O, qarşıdakı danışıqlarda tərəflərin anlaşmaya nail ola biləcəyinə ümidini ifadə edib.

"Əgər qarşı tərəf İranın nüvə proqramını reallaşdırmaq hüququnu qəbul etməyə hazır olarsa, biz həmişə dialoqa hazırıq", - Mehmanpərəst deyib.

Onun sözləırinə görə, İran öz öhdəliklərinə sadiqdir.
İran nüvə silahının yayılmamasına dair müqaviləni imzalayıb və onu yerinə yetirməyə çalışır.

İranın ali dini lideri ayətulla Əli Xamneyinin nüvə silahı ilə bağlı bu günlərdə verdiyi bəyanatı şərh edən Mehmanpərəst bildirib: "İranın ali lideri ayətulla Əli Xamneyi bu yaxınlarda nüvə silahına dair ideoloji nöqteyi-nəzərini açıqlayıb və bu bizim üçün çox qiymətlidir. Biz hətta beynəlxalq sənəd kimi fətva qeydiyyata almağa da hazırıq".

Bundan əvvəl İranın ali lideri ayətulla Əli Xamneyi bəyan etmişdi ki, İran heç vaxt nüvə silahına malik olmayacaq, "çünki bu, günahdır".

"Bəzi ölkələr bunun siyasi deyil, dini dəyər olduğunu hesab edirlər. Bu, onu göstəririr ki, həmin ölkələrdə İranın ideologiyasını düzgün anlamırlar", - Mehmanpərəst deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti