...

Azərbaycanın Astandakı səfirliyi qəzaya uğrayan təyyarədə ölkə vətəndaşlarının olub-olmaması məsələsini öyrənir

Dünya xəbərləri Materials 29 Yanvar 2013 13:21 (UTC +04:00)
Azərbaycanın Astanadakı səfirliyi Qazaxıstanda qəzaya uğrayan təyyarədə ölkə vətəndaşlarının olub-olmaması məsələsini öyrənir.
Azərbaycanın Astandakı səfirliyi qəzaya uğrayan təyyarədə ölkə vətəndaşlarının olub-olmaması məsələsini öyrənir

Qazaxıstan, Astana, 29 yanvar / Trend, müxbir D.Muxtarov /

Azərbaycanın Astanadakı səfirliyi Qazaxıstanda qəzaya uğrayan təyyarədə ölkə vətəndaşlarının olub-olmaması məsələsini öyrənir. Bu barədə Trend-ə səfirlikdən məlumat verilib.

Almatıda göyərtəsində 20-dən artıq sərnişinin olduğu təyyarə qəzaya uğrayıb. Təyyarə Kokşetau-Almatı reysini həyata keçirirmiş. Bütün sərnişinlər və heyət üzvləri həlak olub.

Qəzaya uğrayan təyyarə "Skat" aviaşirkətinə məxsusdur.

Qəza Qazaxıstanın Almatı vilayətinin Kızıltu qəsəbəsində baş verib. İlkin ehtimala görə, təyyarə qəzasına səbəb güclü duman olub. Təyyarənin qırıqları Quldala kəndi yaxınlığında yerləşən fermanın yaxınlığında aşkar edilib. Həmin ərazi əhatəyə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti