...

XİN: İran özünün nüvə proqramı ilə bağlı istənilən iddiaya cavab verməyə hazırdır

Dünya xəbərləri Materials 12 Fevral 2013 12:39 (UTC +04:00)
İran özünün nüvə proqramı ilə bağlı istənilən iddiaya, narahatlığa, yaxud qeyri-müəyyənliyə cavab verməyə hazırdır.
XİN: İran özünün nüvə proqramı ilə bağlı istənilən iddiaya cavab verməyə hazırdır

Azərbaycan,Bakı, 12 fevral /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov/

İran özünün nüvə proqramı ilə bağlı istənilən iddiaya, narahatlığa, yaxud qeyri-müəyyənliyə cavab verməyə hazırdır. Trend-in məlumatına görə, bunu İran XİN-in rəsmi nümayəndəsi Ramin Mehmanpərəst Press TV-nin birbaşa efirində bəyan edib.

"İran və Beynəlxalq Atom Enerjisi Agentliyi bizim dəstəkləməyə çalışdığımız şəffaf hüquqi əlaqələrə malikdir", - Mehmanpərəst bildirib.

O qeyd edib ki, İranın nüvə proqramı ilə bağlı mövcud olan bütün problemlər mümkün gələcək fəaliyyətə aiddir.

"Keçmişdə biz bütün iddialara və narahatlıqlara cavab vermişik", - o deyib və əlavə edib ki, İran Nüvə Silahının Yayılmaması Müqaviləsinin müddəalarına sadiqdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti