...

İran iki yeni dərman preparatının istehsalına başlayır

Dünya xəbərləri Materials 12 Mart 2013 12:40 (UTC +04:00)
Иран начал производство двух новых лекарственных препаратов, сообщает во вторник официальный сайт İran TV IRIB News.
İran iki yeni dərman preparatının istehsalına başlayır

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbirlər E. Tariverdiyeva, T. Cəfərov/

İran iki yeni dərman preparatının istehsalına başlayıb. Bu barədə Trend çərşənbə axşamı "İran TV IRIB News" saytına istinadən məlumat verir.

İran və Yaxın Şərqdəki ən iri biotexnoloji şirkətlərdən biri olan "Pooyesh Darou"nun baş direktoru Mijtəba Təbatabai yeni dərman preparatları barəsində danışıb.

Onun sözlərinə görə, İran iki yeni preparat - "Retaplaza" və "Peqfilqrastim" istehsal edəcək. "Reteplaza" ürək tutmasının müalicəsi və profilaktikası, "Peqfilqrastim" isə ağ qan hüceyrələrinin səviyyəsini stimullaşdırılması üçün istifadə edilir.

Təbatabai qeyd edib ki, İran dünyada "Reteplaza"nı ölkə daxilində istehsal edə bilən ikinci dövlətdir. Onun sözlərinə görə, İran bu ilin sonunadək preparatın kütləvi istehsalına başlamağı planlaşdırır.

Təbatabai bildirib ki, "Peqfilqrastim" yalnız İsveçrə şirkəti tərəfindən istehsal edilir, lakin İran bundan sonra onu ölkə daxilində istehsal edə bilər. O deyib ki, dünya bazarında preparatın qiyməti təqribən 1000 dollardır.

Onun sözlərinə görə, hər iki preparart pasiyentlər üzərində sınaqdan keçirilib və testlər müsbət nəticələr verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti