...

XİN: İran Aİ-dən nüvə məsələsi üzrə cavab gözləyir

Dünya xəbərləri Materials 9 Aprel 2013 16:39 (UTC +04:00)
İran Avropa İttifaqının diplomatik missiyasının rəhbəri Ketrin Eştondan ölkənin nüvə məsələsinə dair təklifləri ilə bağlı cavab gözləyir.
XİN: İran Aİ-dən nüvə məsələsi üzrə cavab gözləyir

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov/

İran Avropa İttifaqının diplomatik missiyasının rəhbəri Ketrin Eştondan ölkənin nüvə məsələsinə dair təklifləri ilə bağlı cavab gözləyir. Trend-in çərşənbə axşamı "Mehr" agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ramin Mehmanpərəst deyib.

"Biz "5+1" qrupuna təkliflərimizi vermişik və hazırda Ketrin Eştondan cavab gözləyirik", - Mehmanpərəst deyib.

Onun sözlərinə görə, "altılıq" İranın təklifinə müsbət cavab verməklə xoş iradə göstərə bilər.

Mehmanpərəst bir daha qeyd edib ki, İranın nüvə proqamı yalnız dins məqsədləri güdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti