...

İran ABŞ ilə birbaşa danışıqlar barədə məlumatları təkzib edib

Dünya xəbərləri Materials 14 Aprel 2013 05:05 (UTC +04:00)
İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst Qazaxıstanın Almatı şəhərində son görüşdə İran və ABŞ rəsmiləri arasında birbaşa danışıqların aparılması barədə məlumatları təkzib edib. Bu barədə ISNA agentliyi məlumat verib.
İran ABŞ ilə birbaşa danışıqlar barədə məlumatları təkzib edib

Azərbaycan, Bakı, 14 aprel /Trend/

İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst Qazaxıstanın Almatı şəhərində son görüşdə İran və ABŞ rəsmiləri arasında birbaşa danışıqların aparılması barədə məlumatları təkzib edib. Bu barədə Trend "ISNA" agentliyinə isitnadən məlumat verib.

"İran və ABŞ arasında danışıqlar barədə xəbərlər doğru deyil. ABŞ danışıqlara çağırılıb, lakin danışıqlar baş tutmayıb", Mehmanpərəst deyib.

Mehmanpərəst əlavə bildirib ki, Vaşinqton düşmənçilik mövqeyini dayandırsa və İrana qarşı öz münasibətini dəyişsə, İran ABŞ ilə danışıqların aparılması məsələsinə yenidən baxa bilər.

Dava əvvəl bəzi İran KİV xarici informasiya agentliklərinə istinadən bilidiriblər ki, İranın nümayəndə heyətinin üzvləri Almatıda "altılıq" ölkələri ilə keçirilən görüşün kuluarları zamanı ABŞ-la birbaşa danışıqlar aparıblar.

ABŞ Dövlət Departamentinin mətbuat katibi Alan Eyr cümə axşamı Trend-in bu sualını şərh etməkdən imtina edib.

Xatırladaq ki, İranın ali lideri Ayətullah Əli Xamenei Novruz bayramı təntənələri zamanı bildirib ki, ABŞ-la birbaşa danışıqların əleyhinə deyil, ancaq əlavə edib ki, onların nəticəsi ilə bağlı nikbin fikirdə deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti