...

ABŞ-da həbs olunan iranlı alim azadlığa buraxılıb

Dünya xəbərləri Materials 26 Aprel 2013 11:26 (UTC +04:00)
2011-ci ilin dekabrında ABŞ hakimiyyəti tərəfindən həbs olunan iranlı alim azadlığa buraxılıb.
ABŞ-da həbs olunan iranlı alim azadlığa buraxılıb

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbirlər A.Bədəlova, T.Cəfərov/

2011-ci ilin dekabrında ABŞ hakimiyyəti tərəfindən həbs olunan iranlı alim azadlığa buraxılıb. Trend-in məlumatına görə, bu barədə cümə günü "İRNA" agentliyi İranın XİN-nin rəsmi nümayəndəsi Ramin Mehmanpərəstə istinadən xəbər yayıb.

Mehmanpərəst onun vətənə dönəcəyi tarixin təfərrüatlarını açıqlamayıb.

İranın nüfuzlu Texnologiya Universitetinin elmi əməkdaşı Seyid Mojtaba Atarodi elmi avadanlıq ixracı haqqında qanunu pozmaqda ittiham olunub.

Alimin həbsi İranın nüvə proqramı ilə bağlı İranla ABŞ və onun müttəfiqləri arasında münasibətlərin pisləşməsi fonunda baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti