...

Silahlı dəstələr Liviyanın paytaxtında iki nazirliyin mühasirəsini dayandırıb

Dünya xəbərləri Materials 12 May 2013 03:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 may / Trend /

Silahlı dəstələr Tripolidə Liviyanın xarici işlər və ədliyyə nazirliklərinin binalarının mühasirəsini dayandırıb, binalar üzərində nəzarəti hakimiyyətə veriblər. Bu barədə Trend Frans Press agentliyinə istinadən məlumat verir.

"İki nazirliyin yanında olan insanlar, onlar üzərində nəzarəti ölkə hökuməti və Milli konqres tərəfindən formalaşdırılmış xüsusi komitəyə veriblər, ", - RİA Novosti agentliyi məlumat verir.

Bir neçə yüzdən ibarət silahlı qruplar 28 apreldən həftə ərzində Qəddafinin keçmiş tərəfdarlarının hakimiyyətdən kənarlaşdırmasını, həmçinin Liviya başçısının devirilməsində iştirak edən hərbi qulluqçuların işlə təmin edilməsini tələb edərək xarici və daxili işlər nazirliklərin binalarını mühasirədə saxlayıblar.

Hakimiyyət müvafiq qanunun qəbul edilməsindən sonra, mühasirə aradan qaldırılıb. Bazar ertəsi narazı olanlar Liviyanın baş naziri Əli Zeydananın istefasını tələb edərək yenidən hökumət müəssisələrini mühasirəyə almışlar.

Bundan başqa, son ay ərzində naməlum şəxslər ölkədə ən azı dörd polis bölməsini partladıblar. Sonuncu partlayışlar cümə günü Benqazi şəhərində baş verib. Heç kim xəsarət almayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti