...

Vəkil: İranda prezident seçkilərində keçmiş namizəd Keşikçilər Şurasının qərarına tabe olacaq

Dünya xəbərləri Materials 22 May 2013 12:02 (UTC +04:00)
İranın sabiq prezidenti Əkbər Haşimi Rəfsəncani Keşikçilər Şurasının onun prezident seçkilərində iştirakının yolverilməzliyi haqqında qərarına tabe olacaq.
Vəkil: İranda prezident seçkilərində keçmiş namizəd Keşikçilər Şurasının qərarına tabe olacaq

Azərbaycan, Bakı, 22 may /Trend, müxbir E.Tariverdiyeva/

İranın sabiq prezidenti Əkbər Haşimi Rəfsəncani Keşikçilər Şurasının onun prezident seçkilərində iştirakının yolverilməzliyi haqqında qərarına tabe olacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Rəfsəncaninin vəkili Məhəmməd Rza Sadıqzadənin çıxışına istinadən "Fars" agentliyi xəbər yayıb.

Məlumata əsasən, Sadıqzadə bildirib ki, ayətulla Rəfsəncani islam qanunlarına riayət edir və Keşikçilər Şurasının qərarına müqavimət göstərməyə çalışmayacaq:

"O, təbii ki, bu məsələ ilə bağlı öz fikrini bildirəcək".

İran Daxili İşlər Nazirliyi may ayının 21-də Keşikçilər Şurası tərəfindən təsdiq edilmiş prezidentliyə namizədlərinin adlarını açıqlayıb.

Namizədlərin adları bunlardır: Qulam Əli Həddad Adil, Səid Cəlili, Möhsün Rzayi, Həsən Ruhani, Məhəmməd Rza Arif, Məhəmməd Baqir Qalibaf, Məhəmməd Qarazi və Əli Əkbər Vilayəti.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti