Azərbaycan, Bakı, 30 may /Trend/
İran prezidentliyinə namizəd Məhəmməd Baqir Qalibaf prezident seçildiyi təqdirdə iki il ərzində ölkə iqtisadiyyatına sabitliyi qaytarmağa söz verir. Bu barədə Trend "Press TV" telekanalına istinadən məlumat verir.
Qalibaf bu barədə çərşənbə günü öz televiziya müraciətində bildirib.
Tehran meri həmçinin bildirib ki, sosial, diskriminasiya, yoxsulluq, inflyasiya və işsizlik məsələlərin həlli ilə məşğul olacaq.
O, deyib ki, favoritizm və ya siyasi mübahisələrlə məşğul olmadan qanun və Konstitusiya çərçivəsində hərəkət edəcək.
Qalibaf həmçinin beynəlxalq münasibətlərdə milli maraqları müdafiə etməyə söz verib, və əlavə edib ki, bu yalnız milli birlik, sabitlik və təhlükəsizlik vasitəsilə ola bilər.