...

İslahatçılar düşərgəsi İran prezident seçkilərinə vahid namizədlə çıxacaq

Dünya xəbərləri Materials 4 İyun 2013 05:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 iyun /Trend/

İslahatçılar düşərgəsi İranda prezident seçkilərində qələbə qazanmaq üçün vahid namizədin ətrafında güvvələrini birləşdirəcək. Trend-in Press TV telekanalına istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə axşamı koalisiyasının rəsmi nümayəndəsi Məhəmməd Əli Nəcəfi bildirib.

Onun sözlərinə görə, 7 nəfərdən ibarət işçi qrup vahid namizədin dəstəyi üçün koalisiyanın formalaşması üzərində işləyir.

İşçi qrup tərəfindən keçirilmiş görüşlərin nəticələri iyunun 8-də elan ediləcək, Nəcəfi bildirib.

Bundan əvvəl İslahatçılardan prezidentliyə namizəd Məhəmmədrza Arif bildirib ki, o, İslahatçılar düşərgəsi tərəfindən təqdim edilən digər rəqib namizəd- Həsən Ruhani ilə koalisiya formalaşdırmaq niyyətində deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti