...

Məşhəd şəhərində prezidentliyə namizəd Qalibafın qarşılanma mərasimində 3 nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 10 İyun 2013 09:58 (UTC +04:00)
Ötən gün İranın Məşhəd şəhərində prezidentliyə namizəd Məhəmməd Baqir Qalibafın qarşılanma mərasimində yaranmış sıxlıq nəticəsində üç nəfər xəsarət alıb. Trend-in məlumatına görə, bu barədə İLNA agentliyi məlumat verir.
Məşhəd şəhərində prezidentliyə namizəd Qalibafın qarşılanma mərasimində 3 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir T.Cəfərov/

Ötən gün İranın Məşhəd şəhərində prezidentliyə namizəd Məhəmməd Baqir Qalibafın qarşılanma mərasimində yaranmış sıxlıq nəticəsində üç nəfər xəsarət alıb. Trend-in məlumatına görə, bu barədə İLNA agentliyi məlumat verir.

Məlumata əsasən, xəsarət alan şəxslərdən ikisi əl və baş nahiyəsindən yaralanıb, digəri isə ürək tutması keçirib.

İLNA agentliyinin məlumatına görə, İranın Kirmanşah əyalətindəki İslamabade Qərb şəhərində müxalifətdən prezidentliyə namizədliyini irəli sürmüş Həsən Ruhaninin təbliğat banerləri naməlum şəxslər tərəfindən aşağı endirilib və cırılıb.

Həsən Ruhaninin təbliğat-təşviqat kampaniyasını aparan qərargah bu barədə polisə şikayət ərizəsi ilə müraciət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti