...

Əhmədinejad İran prezidentliyinə namizədlərdən heç kimi dəstəkləmir

Dünya xəbərləri Materials 11 İyun 2013 11:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyun / Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov/

İran Prezidenti Mahmud Əhmədinejat bildirib ki, o, prezident seçkilərinə qatılacaq və istənilən digər seçici kimi öz səsini verəcək. Trend-in məlumatına görə, bu barədə "Fars" agentliyi xəbər yayıb.

Əhmədinejad Xuzustan vilayətində hava limanında jurnalistlərə açıqlamasında bildirib: "Mən və mənim hökumətim prezidentliyə namizədlərdən heç kimi dəstəkləmir. Mənim yalnız bir səs vermək imkanım var və mən onu digərləri kimi istifadə edəcəyəm".

Daha əvvəl Əhmədinejad öz yaxın tərəfdarı Əsfəndiyar Rəhim Məşaini dəstəkləyirdi. Lakin o, Keşikçilər Şurası tərəfindən seçkilərdə iştiraka buraxılmayıb.

İranda 11-ci prezident seçkiləri 14 iyun 2013-cü ildə keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti