...

Gürcüstan DİN: İnternetdə yayımlanan video təhdidlərin taliblərə heç bir aidiyyəti yoxdur

Dünya xəbərləri Materials 12 İyun 2013 01:27 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 12 iyun /Trend müxbir N.Kirtsxalia/

Gürcüstan Prezidenti və Əfqanıstandakı gürcü hərbçilərinə ünvanlanmış və internetdə yayımlanmış video təhdidlərin taliblərə heç bir aidiyyəti yoxdur. Bu barədə Gürcüstan daxili işlər naziri İrakli Qaribaşvili çərşənbə axşamı jurnalistlərə bildirib.

Onun sözlərinə görə, artıq dəqiq demək olar ki, video Gürcüstan ərazisində yüklənilib: "Biz artıq IP ünvanı müəyyən etmişik. Hal-hazırda konkret şəxsin üzə çıxarılması üzrə tədqiqatlar aparılır və tezliklə o, ifşa olunacaq".

Qaribaşvili vurğulayıb ki, istintaq FTB ilə birgə aparılır.

Gürcüstan Prezidenti və gürcü hərbçilərinə ünvanlanmış video təhdidlər internetdə iyunun 6-da yayımlanıb.

Video təhdidlər haqqında məsələ Milli Təhlükəsizlik Şurasının bugünkü iclasının gündəliyində olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti