...

İran İraq və Türkiyə ilə sərhədi müvəqqəti olaraq bağlayıb

Dünya xəbərləri Materials 14 İyun 2013 13:54 (UTC +04:00)
İran prezident seçkilərində təhlükəsizliyi təmin etmək məqsədilə iki qonşu ölkə ilə sərhədi müvəqqəti olaraq bağlayıb.
İran İraq və Türkiyə ilə sərhədi müvəqqəti olaraq  bağlayıb

İran, Tehran, 14 iyun /Trend, müxbirlər E. Tariverdiyeva, T. Cəfərov/

İran prezident seçkilərində təhlükəsizliyi təmin etmək məqsədilə iki qonşu ölkə ilə sərhədi müvəqqəti olaraq bağlayıb. Bu barədə cümə günü Trend-in Tehranda olan xüsusi müxbiri bildirir.

İran DİN rəhbərinin müavini Əli Abdullahani bildirib: "İran İlam, Qərbi Azərbaycan və Kirmanşah vilayətlərində çsərhədi bağlayıb".

Bu vilayətlər Türkiyə və İraqla sərhəddədirlər.

Abdullahani vurğulayır ki, bu vilayətlərin rəhbərləri İran DİN Təhlükəsizlik Şurasına müavfiq müraciətlər təqdim ediblər və bütün müraciətlər qəbul olunub:

"Nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb, lakin vətənə qayıtmaq istəyən zəvvarlar maneəsiz geri dönə bilərlər. O, həmçinin bildirib ki, bu vilayətlərdə əlavə təhlükəsizlik tədbirləri həyata keçirilir.

İranda 11-ci prezident seçkiləri başlayıb. Seçkilər yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə saat 08:30, Qrinviç üzrə saat 04:30) başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti