...

Azərbaycandakı İran vətəndaşları prezidenti seçkilərində səs veriblər

Dünya xəbərləri Materials 14 İyun 2013 22:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyun /Trend/

Azərbaycandakı İran vətəndaşları Bakı və Naxçıvanda açılmış iki seçki məntəqəsində İran prezidentliyinə seçkilərdə səs veriblər.

Hər iki seçki məntəqələrində seçicilərin fəallığı yüksək müşahidə olunub. Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Seyid Məhəmməd Ayətullahi deyib.

Əyatullahi dəqiq rəqəmi bildirməkdən imtina edib və bildirib ki, ətraflı məlumatlar İranın Daxili İşlər Nazirliyi verəcək.

İranda 11-ci prezident seçkiləri başlayıb. Seçkilər yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə saat 08:30, Qrinviç üzrə saat 04:30) başlayıb.

İranlılar ölkə üzrə 66 min seçki məntəqəsində prezidentliyə namizədlərə səs verə bilərlər. Seçicilər indiki Prezident Mahmud Əhmədinejadın xələfini seçəcəklər. Ölkə Konstitusiyasına əsasən, Əhmədinejad üçüncü müddətə seçilə bilməz.

İran Prezidenti 4 il müddətinə seçilir.

İranda prezidentliyə namizədlər Səid Cəlili, Möhsün Rzayi, Həsən Ruhani, Məhəmməd Baqir Qalibaf, Məhəmməd Qərəzi və Əli Əkbər Vilayətidir.

Təqribən 50,5 milyon iranlının prezident seçkilərində səs vermək hüququ var. Digər dövlətlərdə yaşayan İran vətəndaşları İranın həmin ölkələrdəki səfirliklərində açılan məntəqələrdə səs verə bilərlər.

İyunun 14-də keçiriləcək prezident seçkilərinin əsas nəticələrini İranın Daxili İşlər Nazirliyi elan edəcək, sonra isə Keşikçilər Şurası təsdiq edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti