...

İranda prezident seçkilərində səsvermə vaxtı daha iki saat uzadılıb

Dünya xəbərləri Materials 14 İyun 2013 23:05 (UTC +04:00)
İranda prezident seçkilərində səsvermə vaxtı daha iki saat uzadılıb, Trend-in Tehrandakı xüsusi müxbiri İran Daxili İşlər Nazirliyinə istinadən, cümə günü məlumat verir.
İranda prezident seçkilərində səsvermə vaxtı daha iki saat uzadılıb

İran, Tehran, 14 iyun /Trend, xüsusi müxbir T.Cəfərov/

İranda prezident seçkilərində səsvermə vaxtı daha iki saat uzadılıb. Bu barədə Trend-in Tehrandakı xüsusi müxbiri İran Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.

Əvvəlcə İranın Daxili İşlər Nazirliyi prezident seçkilərində səsvermə vaxtını iki saat, sonra isə daha bir saat, yerli vaxtla saat 21.00-ə qədər uzatmağa qərar qəbul etmişdi.

Hal-hazırda Daxili İşlər Nazirliyi seçki məntəqələrinin iş vaxtını yerli vaxtla 22.00-ə qədər artırıb.

İranda 11-ci prezident seçkiləri başlayıb. Seçkilər yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə saat 08:30, Qrinviç üzrə saat 04:30) başlayıb.

İranlılar ölkə üzrə 66 min seçki məntəqəsində prezidentliyə namizədlərə səs verə bilərlər. Seçicilər indiki Prezident Mahmud Əhmədinejadın xələfini seçəcəklər. Ölkə Konstitusiyasına əsasən, Əhmədinejad üçüncü müddətə seçilə bilməz.

İran Prezidenti 4 il müddətinə seçilir. İranda prezidentliyə namizədlər Səid Cəlili, Möhsün Rzayi, Həsən Ruhani, Məhəmməd Baqir Qalibaf, Məhəmməd Qərəzi və Əli Əkbər Vilayətidir.

Təqribən 50,5 milyon iranlının prezident seçkilərində səs vermək hüququ var. Digər dövlətlərdə yaşayan İran vətəndaşları İranın həmin ölkələrdəki səfirliklərində açılan məntəqələrdə səs verə bilərlər.

İyunun 14-də keçiriləcək prezident seçkilərinin əsas nəticələrini İranın Daxili İşlər Nazirliyi elan edəcək, sonra isə Keşikçilər Şurası təsdiq edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti