...

DİN: Həsən Ruhani İranda prezident seçkilərində səs toplamaqda davam edir (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 15 İyun 2013 11:33 (UTC +04:00)
İranın Daxili İşlər Nazirliyi (DİN) ölkədə prezident seçkilərində səsvermənin nəticələrini yeniləyib.
DİN: Həsən Ruhani İranda prezident seçkilərində səs toplamaqda davam edir (ƏLAVƏ OLUNUB)

İran, Tehran, 15 iyun /Trend, xüsusi müxbir T. Cəfərov/

İranın Daxili İşlər Nazirliyi (DİN) ölkədə prezident seçkilərində səsvermənin nəticələrini yeniləyib. Trend-in Tehrandakı xüsusi müxbirinin verdiyi məlumata görə, islahatçı namizəd Həsən Ruhani liderliyi davam etdirir.

İran vaxtı ilə saat 10:30-a olan məlumata görə, ölkənin 14 603 seçki məntəqəsində (ümumilikdə 58 764 seçki məntəqəsi) 8 319 768 səs artıq hesablanıb.

Statistikaya əsasən, Həsən Ruhani 4 125 032 səslə liderlik edir. Sonrakı yerləri müvafiq olaraq, Baqir Qalibaf (1 341 947 səs), Səid Cəlili (1 056 327 səs), Möhsin Rzayi (902 121 səs), Əli Əkbər Vilayəti (521 097 səs) və Məhəmməd Qərəzi (104 214 səs) tuturlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti