...

DİN: Həsən Ruhani İranda prezident seçkilərində səs toplamaqda davam edir (YENİLƏNİB)

Dünya xəbərləri Materials 15 İyun 2013 20:00 (UTC +04:00)
İranın Daxili İşlər Nazirliyi (DİN) ölkədə prezident seçkilərində səsvermənin nəticələrini yeniləyib. Məlumata görə, islahatçı namizəd Həsən Ruhani liderliyini davam etdirir.
DİN: Həsən Ruhani İranda prezident seçkilərində səs toplamaqda davam edir (YENİLƏNİB)

İran, Tehran, 15 iyun /Trend, müxbir R. Zamanov/

İranın Daxili İşlər Nazirliyi (DİN) ölkədə prezident seçkilərində səsvermənin nəticələrini yeniləyib. Məlumata görə, islahatçı namizəd Həsən Ruhani liderliyini davam etdirir.

Məlumata əsasən, ölkənin 21 376 seçki məntəqəsində (ümumilikdə 58 764 seçki məntəqəsi) 32 189 621 səs artıq hesablanıb. Hesablanan səslərin ümumi sayından 31 106 865-i həqiqidir. Hesablama zamanı qalan səslər bülletenlərin səhv doldurulması səbəbindən nəzərə alınmayıb.

Statistikaya əsasən, Həsən Ruhani 16 643 281 səslə (50 faizdən çox) liderlik edir.

Sonrakı yerləri müvafiq olaraq, Baqir Qalibaf (5 073 652 səs), Səid Cəlili (3 665 234 səs), Möhsin Rzayi (3 593 507 səs), Əli Əkbər Vilayəti (1 969 351 səs) və Məhəmməd Qərəzi (391 840 səs) tuturlar.

Həsən Ruhani 1999-cu ildən Ekspertlər Şurasının üzvü, 1991-ci ildən Məqsədəuyğunluq Şurasının üzvü, 1989-cu ildən Ali Milli Təhlükəsizlik Şurasının üzvü olub, 1992-ci ildən isə Strateji Araşdırmalar Mərkəzinin direktoru vəzifəsini tutub.

Ruhani, həmçinin 1989-2005-ci illər ərzində İslam Məsləhət Şurasının vitse-spikeri və Ali Milli Təhlükəsizlik Şurasının katibi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti