...

İranda ev dustaqlığında saxlanılan müxalifət liderinin səhhətində yenidən problemlər yaranıb

Dünya xəbərləri Materials 3 İyul 2013 10:47 (UTC +04:00)
İranın müxalifət liderlərindən biri, prezidentliyə sabiq namizəd və hazırda ev dustaqlığında saxlanılan Mir Hüseyn Musəvinin səhhətində problemlər yaranıb. Onu müayinə üçün Tehranın Ürək Xəstəlikləri Xəstəxanasına aparıblar. Trend-in məlumatına görə, bu barədə İranın müxalifətyönlü "kaleme.com" saytı məlumat verir.
İranda ev dustaqlığında saxlanılan müxalifət liderinin səhhətində yenidən problemlər yaranıb

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir T.Cəfərov/

İranın müxalifət liderlərindən biri, prezidentliyə sabiq namizəd və hazırda ev dustaqlığında saxlanılan Mir Hüseyn Musəvinin səhhətində problemlər yaranıb. Onu müayinə üçün Tehranın Ürək Xəstəlikləri Xəstəxanasına aparıblar. Trend-in məlumatına görə, bu barədə İranın müxalifətyönlü "kaleme.com" saytı məlumat verir.

Məlumata əsasən, Musəvi və onun həyat yoldaşı Zəhra Rahnəvərdi xəstəxanaya güclü təhlükəsizlik tədbirləri ilə aparıblar.

Mir Hüseyn Musəvidə başgicələnmə, qan təzyiqinin aşağı düşməsi və ürəyində problemlərin olduğu bildirilir. Həkimlər Musəvinin xəstəxanada yatırılmasının zərurilyini vurğulasalar da, buna icazə verilməyib.

Mir Hüseyn Musəvi ötən ilin sentyabrında da ürəyindəki problemlərlə bağlı Tehran Ürək Xəstəlikləri Xəstəxanasında reanimasiya şöbəsinə yerləşdirilərək üzərində anjiyoqrafi əməliyyatı aparılıb.

Qeyd edək ki, İranın müxalifət liderləri Mİr Hüseyn Musəvi və Mehdi Kərrubi həyat yoldaşları ilə birlikdə 2010-cu ilin əvvəllərindən ev dustaqlığında saxlanılırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti