...

Mətbuat katibi: İraq Suriyaya zərbələr üçün öz ərazisindən istifadə etməyə icazə verməyəcək

Dünya xəbərləri Materials 27 Avqust 2013 13:19 (UTC +04:00)
İraq hökuməti Suriyaya zərbələr üçün ölkənin hava məkanı və ərazisindən istifadə olunmasına qarşıdır.
Mətbuat katibi: İraq Suriyaya zərbələr üçün öz ərazisindən istifadə etməyə icazə verməyəcək

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir A.Tağıyeva/

İraq hökuməti Suriyaya zərbələr endirilməsi üçün ölkənin hava məkanı və ərazisindən istifadə olunmasına qarşıdır. Trend-in "Əl-Ərəbiyə" telekanalına istinadən verdiyi məlumata görə, İraqın Baş nazirinin mətbuat katibi Əli Musavi bildirib.

O bildirib: "İraq həmişə Suriyaya müdaxilə olunmasına qarşı olub və indi də qarşıdır. Çünki xaricdən müdaxilə yalnız böhranın dərinləşməsi ilə nəticələnəcək".

Onun sözlərinə görə, İraq Konstitusiyası qonşu ölkələrə hücum üçün ölkənin ərazisindən istifadə etməyə icazə vermir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti