...

Avropa Parlamenti: Aİ Ukrayna ilə rəsmi münasibətləri kəsə bilər

Dünya xəbərləri Materials 23 Yanvar 2014 10:02 (UTC +04:00)
Əgər milisin nümayişçilərə odlu silahdan atəş açması təsdiqlənərsə, Avropa İttifaqı Ukrayna ilə rəsmi münasibətləri kəsə bilər.
Avropa Parlamenti: Aİ Ukrayna ilə rəsmi münasibətləri kəsə bilər

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

Əgər milisin nümayişçilərə odlu silahdan atəş açması təsdiqlənərsə, Avropa İttifaqı Ukrayna ilə rəsmi münasibətləri kəsə bilər. Bu barədə Avropa Parlamentinin vitse-prezidenti Yatsek Protaseviç bəyan edib. Trend-in məlumatına görə, xəbəri BBC-nin Ukrayna xidmətinə istinadən "UNİAN" agentliyi yayıb.

Onun sözlərinə görə, Ukraynadan daxil olan xəbərlər insanı şoka salır: "Bundan sonra biz Ukrayna ilə əvvəlki münasibəti saxlaya bilmərik".

O qeyd edib ki, əgər milisin nümayişçilərə odlu silahdan atəş açdığı doğrudursa, onda Ukrayna ilə Aİ-nin münasibətləri köklü şəkildə dəyişəcək.

Avropa Parlamentinin vitse-prezidenti deyib: "Ukrayna ilə dialoq təhlükə altındadır və bu gün dayandırıla bilər". Daha sonra diplomat əlavə edib: "Küçələrdəki qan hər şeyi dəyişdirir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti