...

Gürcüstanda qarla əlaqədar nəqliyyatın hərəkəti yenidən məhdudlaşdırılıb

Dünya xəbərləri Materials 30 Yanvar 2014 11:29 (UTC +04:00)
Güclü qar yağması və yolların buz bağlaması ilə əlaqədar Gürcüstanda Rusiya istiqamətindəki magistrallarda, Mtsxeta-Stepansiminda-Larsi avtomagistralının Mleta-Larsi hissəsində nəqliyyatın hərəkəti yenidən məhdudlaşdırılıb.
Gürcüstanda qarla əlaqədar nəqliyyatın hərəkəti yenidən məhdudlaşdırılıb

Gürcüstan, Tbilisi, 30 yanvar /Trend, müxbir N.Kirsxaliya/

Güclü qar yağması və yolların buz bağlaması ilə əlaqədar Gürcüstanda Rusiya istiqamətindəki magistrallarda, Mtsxeta-Stepansiminda-Larsi avtomagistralının Mleta-Larsi hissəsində nəqliyyatın hərəkəti yenidən məhdudlaşdırılıb. Bu barədə cümə axşamı Trend-ə Gürcüstan Avtomobil Yolları Departamentindən bildirilib.

Həmçinin Magistralın Mleta-Quduari və Kobi-Larsi hissələrində qoşqu və yarımqoşquların, eləcə də 30-dan artıq sərnişin üçün nəzərdə tutulmuş avtobusların hərəkətinə xüsusi zəncirlərin olduğu halda icazə verilir. Nəqliyyat vasitələrinin yerdə qalan bütün növlərinin hərəkəti sərbəstdir.

Qudauri-Kobi hissəsində hərəkətə xüsusi zəncirlərdən istifadə etməklə icazə verilir. İki və daha artıq oxu aparıcı olan maşınlar üçün hərəkət məhdudlaşdırılmayıb. Magistralın Qudauri-Kobi hissəsində hərəkət qar uçqunundan mühafizə tunelindən həyata keçirilir.

Bu yollarda hərəkəti yol patrulu tənzimləyir. Digər magistrallarda nəqliyyatın hərəkətinə məhdudiyyət yoxdur.

Sinoptiklər yaxın vaxtlarda hava şəraitinin kəskin pisləşəcəyini və mənfi 10-15 dərəcə şaxta olacağını proqnozlaşdırırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti