...

Rusiyanın Kirov vilayətində vaqonların relsdən çıxmasından sonra təxminən 700 nəfər təxliyə olunub

Dünya xəbərləri Materials 5 Fevral 2014 12:36 (UTC +04:00)
Rusiyanın Kirov vilayətində maye qaz daşıyan vaqonların relsdən çıxmasından və alışmasından sonra mütəxəssislər təxminən 700 nəfəri təxliyə ediblər.
Rusiyanın Kirov vilayətində vaqonların relsdən çıxmasından sonra təxminən 700 nəfər təxliyə olunub

Azərbaycan, Bakı, 5 fevral /Trend/

Rusiyanın Kirov vilayətində maye qaz daşıyan vaqonların relsdən çıxmasından və alışmasından sonra mütəxəssislər təxminən 700 nəfəri təxliyə ediblər. Bu barədə regionun rəhbəri səlahiyyətlərinin müvəqqəti icraçısı Nikita Belıx "Twitter"dəki mikrobloqunda məlumat verib. Trend-in məlumatına görə, xəbəri Rusiya KİV-i yayıb.

Çərşənbə günü səhər Kirov vilayətindəki Qorki dəmir yolunda qaz kondensatı daşıyan vaqonlar relsdən çıxıb, onlardan 12-si alışıb. Yaxınlıqdakı binalardan 700-ə yaxın insanın təxliyyə edildiyi bildirilir. Yanğın artıq söndürülüb.

N.Belıx deyib: "Cəmi 89 vaqondan 65-də qaz kondensatı olub. Onlardan 32-si yoldan çıxaraq alışıb. Səkkiz çoxmənzilli və 20 fərdi yaşayış evindən 692 nəfər təxliyyə edilib. Ölən və xəsarət alan yoxdur".

Regionun rəhbəri onu da bildirib ki, mütəxəssislər qəza yerində hər 15 dəqiqədən bir suyu və havanı analiz edirlər: "İndiyədək normadan kənara çıxma qeydə alınmayıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti