...

DİN: Ukrayna milisinin dörd əməkdaşı Maydanda odlu silahdan yaralanıb

Dünya xəbərləri Materials 20 Fevral 2014 11:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 fevral /Trend/

Kiyevdə dörd milis əməkdaşı Müstəqillik meydanında odlu silahdan yaralanıb. Trend-in məlumatına görə, bu barədə Rusiya KİV-i Ukrayna DİN-ə istinadən xəbər yayıb.

Cümə axşamı nazirliyin rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir: "Müstəqillik meydanında yerləşən Konservatoriyanın pəncələrindən odlu silahdan milis əməkdaşlarına tərəf atəş açılır. Dörd milis yaralanıb. Saat 8:15-ə [yerli vaxtla] olan vəziyyətə görə, atəş davam edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti