...

Ukrayna parlamentində təxliyyəyə başlanılıb

Dünya xəbərləri Materials 20 Fevral 2014 12:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 fevral /Trend/

Ali Radada təxliyyəyə başlanılıb, əməkdaşlar binanı tərk edirlər. Trend-in məlumatına görə, bu barədə cümə axşamı İTAR-TASS xəbər yayıb.

Deputat Vladimir Litvin jurnalistlərə bildirib: "Hamıya təcili təxliyyə elan edilib".

Hazırda "Berkut" xüsusi təyinatlılarının kiçik qrupu etirazçıları Oktyabr sarayından İnstitut küçəsi ilə Müstəqillik meydanına tərəf sıxışdırmağa başlayıb.

Hazırda İnstitut küçəsində 3 minə yaxım nümayişçi var. "Berkut" Olqinski küçəsinə çəkilib və gözyaşardıcı qaz qumbaralarından istifadəni davam etdirir.

Bu gün yerli vaxtla təxminən saat 09:00-da nümayişçilər mütəşəkkil dəstələrlə hücuma keçərək Oktyabr sarayını tutublar.

Bundan əvvəl hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı zəhərli maddə tətbiq edilməsinə dair məlumat yayılmışdı.

DİN-in mətbuat katibi Sergey Burlakov yerli televiziyanın efirində bildirib ki, bunun hansı maddə olduğu hələlik aydınlaşdırılır.

Yol polisinin əməkdaşları Kiyevin mərkəzi küçələrində yolları nəzarət altına alıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti