...

Kanada Ukrayna rəhbərliyinə qarşı sanksiyalar tətbiq edib

Dünya xəbərləri Materials 21 Fevral 2014 11:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 fevral /Trend/

Kanada hakimiyyəti Ukrayna Prezidenti Viktor Yanukoviçə və hökumətin digər yüksək çinli nümayəndələrinə qarşı viza məhdudiyyətləri tətbiq edib, eləcə də onların maliyyə aktivlərini dondurub. Trend-in məlumatına görə, bu barədə Kanadanın CBC telekanalı Baş nazir Stiven Xarperə istinadən xəbər yayıb.

Kanada hakimiyyəti sanksiyaların məhz hansı Ukrayna siyasətçilərinə tətbiq edildiyini bildirməyib.

Xarperin bəyanatında deyilir: "Kanada əvvəlki kimi, Ukraynada zorakılığın davam etməsindən narahatdır".

Xatırladaq ki, dünən Avropa İttifaqı da Ukrayna barəsində sanksiyaların tətbiq edilməsinə səs verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti