...

Hakim partiya: Ukraynada prezident seçkiləri dekabrda keçirilə bilər

Dünya xəbərləri Materials 21 Fevral 2014 13:37 (UTC +04:00)
Ukraynanın hakim Regionlar Partiyası fraksiyasının lideri Aleksandr Yefremov bəyan edib ki, ölkədə böhranla bağlı vəziyyətin nizamlanması üzrə saziş cümə günü paraflanacaq.
Hakim partiya: Ukraynada prezident seçkiləri dekabrda keçirilə bilər

Azərbaycan, Bakı, 21 fevarl /Trend/

Ukraynanın hakim Regionlar Partiyası fraksiyasının lideri Aleksandr Yefremov bəyan edib ki, ölkədə böhranla bağlı vəziyyətin nizamlanması üzrə saziş cümə günü paraflanacaq.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, saziş sentyabrda konstitusiyaya düzəlişlərin edilməsini və dekabrda prezident seçkilərinin keçirilməsini nəzərdə tutur.

Bu saziş imzalandıqdan sonra 48 saat ərzində 2004-cü il konstitusiyası işə düşəcək: "Ardından konstitusiyaya səsvermə və dəyişiklərlə bağlı prosedur qaydalar açıqlanacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti