Azərbaycan, Bakı, 21 fevral /Trend/
Ali Radanın deputatları 1 saat ərzində 2004-cü il konstitusiyasına qayıdış haqqında layihə hazırlayacaqlar.
Trend-in cümə günü RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bundan sonra layihə səsverməyə qoyulacaq.
Layihənin tez bir zamanda hazırlanması üçün parlamentə ədliyyə nazirinin çağırılması tələb edilib.